Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Mart 2022 07:54
Ukrayna xarici işlər naziri Dmitri Kuleba tezliklə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcəyini təsdiqləyib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə o, videomüraciətində deyib.
"Hələlik ayın 10-na planlaşıdırılır. Baxarıq, əgər o, (Sergey Lavrov - red.) Antalyaya uçsa, mən də uçacağam. Oturub danışacağıq", - Kuleba bildirib.
Ukraynalı nazir rusiyalı həmkarına deyəcəyi sözləri də səsləndirib:
"Cənab Lavrova ilk sözlərim çox sadə olacaq. Ona deyəcəm: "Cənab Lavrov, mən hesab edirəm ki, bu görüşü Ukraynaya qarşı təcavüzün həmtəşkilatçısı ilə keçirirəm. Bu danışıqlarla siz bu cinayəti dayandıra və ya ən azından dayandırmağa cəhd edə bilərsiniz, bu səbəbdən gəlin ciddi söhbət edək". Əgər o, son vaxtlar yayılan çox absurd təbliğatı təkrarlamağa başlasa, layiq olduğu sərt həqiqəti məndən eşidəcək".