Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UEFA “Qarabağ”la oyuna görə “Marsel”i cərimələyib

UEFA “Qarabağ”la oyuna görə “Marsel”i cərimələyib

Tarix: 8 Mart 2022 07:56

UEFA Fransanın "Marsel" futbol klubunu 44 250 dollar məbləğində cərimələyib.

UEFA-nın qərarında deyilib ki, təxribat xarakterli və siyasi şüarlara görə komanda 20 min dollar cərimələnəcək.

Bundan başqa, komanda tamaşaçıların hərəkətinin düzgün təşkil edilməməsinə və azarkeşlərin fişənglərdən istifadəsinə görə əlavə 24 250 dollar cərimə ödəməli olacaq.

Qeyd edək ki, fevralın 17-də "Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununda Ağdam klubu Fransa "Marsel"inin qonağı olub. "Velodrom" stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Stadiondakı bir qrup erməni azarkeş tərəfindən qarşılaşmanın gedişində təxribat xarakterli banner açılıb.

Milli.Az


Etiketlər:  UEFA Qarabağla oyuna görə Marseli cərimələyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ