Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə ordusu hücuma keçmək istəyən silahlıları PUA ilə məhv etdi

Türkiyə ordusu hücuma keçmək istəyən silahlıları  PUA ilə məhv etdi

Tarix: 8 Mart 2022 22:26

Türkiyə Silahlı Qüvvələri "Fırat Kalkanı" ("Fərat Qalxanı") əməliyyatının keçirildiyi bölgədə sabitliyi pozaraq atəş açan PKK/YPG-PYD terror qruplaşmasının 12 silahlısını zərərsizləşdirib.

Sonxeber.net kanal.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi tviter səhifəsində məlumat yayıb.

Qeyd edək ki, "Fırat kalkanı" əməliyyatının keçirildiyi bölgə Türkiyə ilə Suriya sərhədində yerləşir.

2016-cı il avqustun 24-də Türkiyə Silahlı Qüvvələri həmin ərazidə Azad Suriya Ordusu ilə birlikdə İŞİD, PKK/YPG-PYD terror qruplaşmalarına qarşı antiterror əməliyyatı həyata keçirib.

Ərazi terrorçulardan 2017-ci il martın 29-da təmizlənib.

Hazırda bölgə türk hərbçiləri və Azad Suriya Ordusunun nəzarəti altındadır.


Etiketlər:  Türkiyə ordusu hücuma keçmək istəyən silahlıları ilə məhv etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ