Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2022 17:24
Qalaq-qalaq pul verib topraq alırıq, ancaq qarşılığında verdikləri sənədlər heç bir işə yaramır.
Yəqin ki, çoxları bələdiyyə sənədlərindən söhbət getdiyini anlayır. Bu problem isə daha çox paytaxtda yaşanır. Belə ki, Bakının bəzi ərazilərində vətəndaşlara satılan torpaqların əvəzində bir neçə illik icarəni nəzərdə tutan akt təqdim olunur. Həmin şəxslər isə bunu torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd hesab edib başlayır ev tikməyə. Ancaq sonradan aydın olur ki, sən demə, tikdikləri mənzillər qanunsuzdur.
Məhz belə səbəblərə görədir ki, bu gün vətəndaşlar bələdiyyə sənədlərinin etibarlılığına güvənmirlər.
Əmlak məsələləri üzrə ekspert , Ramil Osmanlı deyir ki, bələdiyyə torpaqlarının alqı-satqısı yalnız hərrac yolu ilə həyata keçirilə bilər.
Ramil Osmanlı bildirir ki, bələdiyyələr müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan hansısa bir icarə müqaviləsi də bağlaya bilməzlər.
Hüquqşünas Şamil Paşayev isə sözlərinə görə, nə qədər ki, torpaq alqı-satqısına dair prosedur sadələşdirilməyib, bələdiyyə sənədləri ilə bağlı məhkəmələrə edilən şikayətlər bitməyəcək.
Hüquqşünasın sözlərinə hərracdan kənar bağlanan müqavilə qanunla qadağandır və buna görə hətta cinayət işi də açıla bilər.
Sonxeber.net xezerxeber.az-a istinadla mövzu ilə bağlı videomaterialı təqdim edir: