Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2022 23:52
Bu gün Mingəçevir stansiyasından 25 kilometr cənub-qərbdə - Goranboy rayonunda zəlzələ baş verib.
Sonxeber.net xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 22:24-də qeydə alınan zəlzələnin ocağı 13 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin maqnitudası 3-ə bərabər olub. Zəlzələ hiss olunmayıb.