Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

7 milyarderin əmlakı əllərindən alındı - SİYAHI

7 milyarderin əmlakı əllərindən alındı - SİYAHI

Tarix: 10 Mart 2022 15:24

Britaniya hökuməti 7 rusiyalı oliqarxa qarşı sanksiyalar tətbiq edib.

Milli.Az Bloomberg-ə istinadən bildirir ki, onlar "Çelsi"nin sahibi Roman Abramoviç, "Rusal"ın sahibi Oleq Deripaska, "Rosneft"in rəhbəri İqor Seçin, "Bank Rossiya"nın direktorlar şurasının sədri Dmitri Lebedev, VTB bankının idarə heyətinin sədri Andrey Kostin, "Qazprom"un rəhbəri Aleksey Miller və "Transneft"in rəhbəri Nikolay Tokarevdir.

Bu miltimilyarderlərin hamısının Brpianiyadakı əmlakı və hesabları dondurulub, onlara Britaniya ərazisinə daxil olmaq yasaqlanıb.

Eyni zamanda, onlara qarşı nəqliyyat qadağası da tətbiq olunub. Belə ki, əgər siyahıdakı milyarderlərdən hər hansı biri Rusiyanın istənilən təyyarəsində Britaniyanın hava sərhədini keçərsə, həmin təyyarə müsadirə ediləcək.

Milli.Az


Etiketlər:  milyarderin əmlakı əllərindən alındı SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ