Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cavad xanın heykəli nə zaman ucaldılacaq?

Cavad xanın heykəli nə zaman ucaldılacaq?

Tarix: 10 Mart 2022 21:24

Gəncədə Cavad xanın heykəlinin ucaldılması məsələsinə baxılacaq. Bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında öz əksini tapıb.

Bu barədə Mədəniyyət Nazirliyindən bildiriblər ki, Mədəniyyət Nazirliyinin nəzdində heykəltaraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərin ucaldılması və demontajı üzrə Ekspert Komissiyası fəaliyyət göstərir.

Mədəniyyət Nazirliyinə Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı mütəmadi olaraq müraciətlər daxil olur. Bu müraciətlər sözügedən Ekspert Komissiyasının növbəti iclaslarında nəzərdən keçiriləcək və müvafiq addımlar atılacaqdır.

Milli.Az


Etiketlər:  Cavad xanın heykəli zaman ucaldılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ