Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2022 23:39
"Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Rusiya ilə Ukraynada döyüşməyəcək, çünki bu, III Dünya müharibəsi olacaq".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden feysbuk səhifəsində yazıb:
"Aydın demək istəyirəm: biz NATO ərazisinin hər qarışını müdafiə edəcəyik. Amma biz Ukraynada Rusiyaya qarşı müharibə etməyəcəyik. NATO ilə Rusiya arasında birbaşa toqquşma üçüncü dünya müharibəsidir. Biz bundan qaçmağa çalışırıq".