Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2022 11:10
Kiyevin şimal-qərbində, şəhərin mərkəzindən təxminən 25 kilometr məsafədə Rusiya quru qüvvələrinin əsas hissəsi ilə döyüşlər davam edir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin yaydığı məlumatda bildirilib.
Məlumatda qeyd olunub ki, Kiyevin şimalındakı Rusiya hərbi qüvvələrinin böyük kolonu səpələnib və çox güman ki, bu, Rusiyanın şəhəri mühasirəyə almaq cəhdinə xidmət edəcək.
Lakin eyni zamanda kəşfiyyat xidməti bunun Ukraynanın Rusiya qüvvələrinə ciddi zərbə vuran əks-hücumlarına qarşı zəifliyini azaltmaq üçün Rusiyanın cəhdi olduğunu istisna etmir.
"Xarkov, Çerniqov, Sumi və Mariupol şəhərləri mühasirədə qalır və Rusiyanın ağır atəşinə məruz qalmağa davam edir", məlumatda qeyd olunub.