Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya daha bir hava limanına raket zərbələri endirib

Rusiya daha bir hava limanına raket zərbələri endirib

Tarix: 12 Mart 2022 17:30

Kirovoqrad vilayətində Rusiya hərbi qüvvələri Kanatovo hava limanını raketlərlə vurub.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bu barədə Regional Dövlət Administrasiyasının sədri Andrey Raykoviç məlumat verib.

"Onlar Kanatovo hava limanını yenidən raket atəşinə tutublar. Düşmən elə zərbələr endirdi ki, bütün Kropivnitski və ətraf ərazilər titrədi. Uzun sürən həyəcan siqnallarına və bombardmanlara baxmayaraq, Kirovoqrad vilayəti qaçqınları qəbul etməkdə davam edirdi. Müharibə başlayandan bəri artıq 43 mindən çox qaçqın düşüb. Dünən 6000-dən çoxu məskunlaşıb ki, onların da demək olar ki, 1800-ü uşaq olub. Sirenalar altında 20 uşaq dünyaya gəlib - 10 qız və 10 oğlan. Həm Xarkovdan, həm də Poltavadan - hamısı özümüzünküdür", - Raykoviç yazıb.

"Əziz dostlarım, narahatlığınızı başa düşürəm. Raketə və sirenlərə öyrəşmək mümkün deyil. Amma hamıdan sakit olmağı, dərhal sığınacaqda gizlənməyi xahiş edirəm - bu sizi xilas edəcəyik! Səbr, soyuqqanlılıq və nizam-intizam bizə kömək edəcək. Biz birlikdə güclüyük. Ukrayna qalib gələcək!"

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Rusiya daha hava limanına raket zərbələri endirib


RƏYLƏR