Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2022 19:28
Rusiya, Fransa və Almaniya liderləri Moskvanın Ukrayna ilə bağlı tələblərinin yerinə yetirilməsi üçün işlənən razılaşmalarla bağlı məsələləri müzakirə ediblər.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Vladimir Putin Emmanuel Makron və Olaf Şoltsu Rusiyanın Ukraynada hərbi əməliyyatlar zamanı dinc əhaliyə qarşı ehtiyatla davranması barədə məlumatlandırıb.
Putin bildirib ki, Ukrayna təhlükəsizlik qüvvələri tərəfindən beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulması ilə bağlı çoxsaylı faktlar mövcuddur.
Liderlər Ukraynadakı vəziyyətlə bağlı təmasların davam etdirilməsi barədə razılığa gəliblər.