Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Almaniya kansleri Türkiyəyə gəlir

Almaniya kansleri Türkiyəyə gəlir

Tarix: 13 Mart 2022 22:45

Almaniya kansleri Olaf Şoltz Türkiyə prezidenti Rcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfər edəcək.

Kanslerin vəzifəyə gəldikdən sonra Türkiyəyə ilk rəsmi səfəri martın 14-də baş tutacaq.

Səfər zamanı keçiriləcək görüşlərdə Türkiyə və Almaniya arasında ikitərəfli münasibətlərin bütün aspektləri nəzərdən keçiriləcək, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.

Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, digər aktual regional və beynəlxalq məsələlər, xüsusilə də Ukrayna və Türkiyə-Aİ münasibətləri ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

Milli.Az


Etiketlər:  Almaniya kansleri Türkiyəyə gəlir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ