Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtmiş modelin cəsədi bir il sonra başqa şəhərdəki çamadanda tapıldı

İtmiş modelin cəsədi bir il sonra başqa şəhərdəki çamadanda tapıldı

Tarix: 14 Mart 2022 14:44

Təxminən bir il əvvəl Rusiya paytaxtında yoxa çıxan model Qretta Uedlerin meyiti Lipetskdə avtomobildə gizlədilən çamadanda tapılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, qızın qətlində şübhəli bilinən şəxs saxlanılıb.

Mənbə əlavə edib ki, hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.

Qeyd edək ki, Qretta Uedlerin yoxa çıxması barədə onun rəfiqəsi məlumat verib. Xanımın sözlərinə görə, onlar sonuncu dəfə 24 fevral 2021-ci ildə əlaqə saxlayıblar.

Rəfiqəsi bildirib ki, Uedler onu öldürməklə hədələyən və daim onu ​​təqib edən bir şəxslə yaxın münasibətdə olub.

Milli.Az


Etiketlər:  İtmiş modelin cəsədi sonra başqa şəhərdəki çamadanda tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ