Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cəlilabadda bədbəxt hadisə: Yıxılan uşaq komaya düşdü - VİDEO

Cəlilabadda bədbəxt hadisə: Yıxılan uşaq komaya düşdü - VİDEO

Tarix: 14 Mart 2022 20:50

Cəlilabadda bədbəxt hadisə baş verib. Belə ki, məktəbin idman zalında yıxılan uşaq komaya düşüb. Məsələnin təffərrüatlarını araşdırdıq.

Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, məktəbdə hündürlükdən yıxıldı komaya düşdü. bədbəxt hadisə Cəlilabad şəhər 2 nömrəli məktəbin idman zalında qeydə alınıb. 

İlkin məlumata görə, 2009-cu il təvəllüdlü  Qasımov Əli Təyyar oğlu məktəbin idman zalında hündürlükdən yıxılıb. 

Uşağın yaxınlarının sözlərinə görə idman dərsi zamanı şagird topu götürərkən yıxılıb.

Cəlilabad Rayon  Təhsil şöbəsindən bildirdilər ki, hadisə günün ikinci yarsında  məktəbin idman zalında baş verib.Belə ki,Əli Qasımov basketbol toruna ilişən topu  götürməyə çalışarkən müvazinətini itirərək yıxılıb.Ağır xəsarətlər alan şagird Cəlilabad rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.Hazırda şagird  komadadır və süni tənəffüs aparatına qoşulub. Bakı şəhərindən xəstə üçün neyrocərrah də dəvət edilib. 

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.


Etiketlər:  Cəlilabadda bədbəxt hadisə Yıxılan uşaq komaya düşdü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ