Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2022 10:08
Norveçdə NATO-nun "Soyuq cavab-2022" adlı hərbi təlimləri başlayıb.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, təlimlərdə 27 ölkədən 30 min hərbçi iştirak edir.
Təlimlərə 220 təyyarə və 50-dən çox gəmi cəlb olunub.
NATO-nun mənzil-qərargahından bildirilib ki, təlimlər əvvəlcədən planlaşdırılıb, Rusiyanın Ukraynaya hücumu ilə əlaqəsi yoxdur və müdafiə məqsədlidir.
Qeyd edək ki, Rusiya təlimlərə dəvət olunsa da, iştirak etmək istəməyib.