Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlk qurban Serbiya oldu, indi isə Ukraynadır

İlk qurban Serbiya oldu, indi isə Ukraynadır

Tarix: 15 Mart 2022 11:14

ABŞ və NATO-nun Şərqi Avropada hərbi ekspansiyası Ukraynada böhranın ilk səbəbidir.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Yuqoslaviyanın sabiq xarici işlər naziri Jivadin Yovanoviç deyib.

Yovanoviç əlavə edib ki, Qərbin belə siyasətinin ilk qurbanı Serbiya olub. O xatırladıb ki, 1999-cu ildə ABŞ-ın rəhbərlik etdiyi alyans humanitar fəlakətin qarşısını almaq bəhanəsi ilə BMT Təhlükəsizlik Şurasının qərarından yan keçərək, təxminən üç aya yaxın Yuqoslaviyanı bombalayıb. Blokun hərbi təcavüzü çoxsaylı mülki əhalinin itkiləri və qaçqınlarla nəticələnib.

Diplomat hərbi genişlənmə və sanksiya təzyiqi siyasətinə son qoymağa çağırıb, belə məhdudiyyətlərin təhdidlər və ikili standartlarla yanaşı, sülhə xələl gətirdiyini vurğulayıb.


Etiketlər:  İlk qurban Serbiya oldu indi isə Ukraynadır


RƏYLƏR