Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2022 09:56
Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə fevralın 24-dən indiyədək 5 jurnalist ölüb, 3-ü yaralanıb.
Sonxeber.net "Report"a istinadən bildirir ki, onlar əsasən Kiyevdə həlak olub və yaralanıblar.
Belə ki, Ukraynanın "Live" telekanalının operatoru Yevgeniy Sakun Rusiya Silahlı Qüvvələri tərəfindən Kiyevdə Babi Yar abidəsi vurularkən ölüb.
Digər ukraynalı jurnalist Aleksandra Kuvşinova da Kiyev ətrafında həlak olub.
Lvovdan olan ukraynalı jurnalist Viktor Didor isə Nikolayevdə həlak olub.
"New york times" qəzetinin əməkdaşı Brend Renaud İrpen şəhərində, "Fox News"un əməkdaşı Pyer Zakrevskiy isə Qostomel yaxınlığında həlak olub.
Ötən 21 gün ərzində müxtəlif vaxtda Kiyev ətrafında yaralananlar isə "Fox News"un əməkdaşı Benjamin Holl, amerikalı fotomüxbir Huan Aredendo və yenə amerikalı fotomüxbir Ueyn Codur.