Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2022 10:24
Rusiyanın "Birinci kanal"ında yayımlanan "Vremya" verilişinin canlı efiri zamanı kameralar qarşısında əlində "Müharibəyə yox" sözləri yazılmış plakat açan redaktor Marina Ovsyannikova məhkəmədən sonra ilk dəfə danışıb.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, 14 saat dindirildiyini deyib:
"Mən hər kəsə dəstək üçün təşəkkür etmək istəyirəm. Bu, həqiqətən, mənim həyatımda çox çətin günlərdir. Mən iki sutka yuxusuz qaldım. Dindirilmə 14 saatdan çox davam etdi. Qohumlarım və yaxınlarımla əlaqə saxlamağa icazə vermirdilər, mənə heç bir hüquqi yardım göstərmirdilər".
Qeyd edək ki, məhkəmə redaktoru 30 min rubl (303 AZN) məbləğində cərimə edib.