Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2022 12:48
"Hazırda Rusiyanın taleyi həll olunur, o, öz suverenliyinin təmin edilməsi məsələlərində heç vaxt geri çəkilməyəcək".
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Təhsil və Elm Nazirliyində tarix təhsili üzrə ekspert şurasında çıxışında bildirib.
"Ölkəmiz indi həqiqətən tarixi anı yaşayır. Rusiyanın taleyi, onun dünyada gələcək yeri həll olunur", - Narışkin vurğulayıb.
Onun sözlərinə görə, unutmaq lazım deyil ki, Rusiyanın inkişafının əsas amili, onun minillik tarixinin özəyi suverenlik - müstəqil, azad və şüurlu şəkildə öz müqəddəratını təyin etmək hüququ olub və qalır: "Suverenlik vətəndaşlarımızın rifahının və ləyaqətinin təminatıdır, bu, övladlarımızın gələcəyidir. Belə məsələlərdə Rusiya heç vaxt geri çəkilməyib və geri çəkilməyəcək, çünki əks halda o, Rusiya olmayacaq".