Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mərkəzi Bank depozit hərracında 100 mln. manat cəlb edib

Mərkəzi Bank depozit hərracında 100 mln. manat cəlb edib

Tarix: 9 Sentyabr 2019 21:00

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.

AMB-dən Trend-ə verilən məlumata görə, sentyabrın 9-da Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 583,1 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil edib.

Nəticədə, hərrac zamanı AMB 100 mln. manat vəsait cəlb edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Mərkəzi Bank depozit hərracında manat cəlb edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ