Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirusun yeni təhlükəli ştamları yarana bilərmi?

Koronavirusun yeni təhlükəli ştamları yarana bilərmi?

Tarix: 16 Mart 2022 21:45

Rusiyalı virusoloq Anatoli Altşteyn hesab edir ki, koronavirusun yeni təhlükəli ştamlarının yaranması mümkün deyil. 

Milli.Az bildirir ki, Qamaleya Mərkəzinin baş elmi işçisi, professor Anatoli Altşteyn hesab edir ki, ölüm hallarının artmasına səbəb olacaq yoluxuculuğu artıran yeni ştamın yaranması ehtimalı azdır.

"Düşünürəm ki, bu, mümkün deyil, çünki dünyada insanların 50 faizindən çoxu artıq peyvənd olunub və əksəriyyət xəstələnib", - alim vurğulayıb. 

Anatoli Altşteynin sözlərinə görə, virusun təkamülü onun patogen xüsusiyyətlərinin azalması istiqamətindədir:

"Əgər epidemiyanın ilk illərində ölüm nisbəti təxminən 5-6% idisə, indi bu, 1 faizdən aşağıdır". (publika.az)

Milli.Az


Etiketlər:  Koronavirusun yeni təhlükəli ştamları yarana bilərmi


RƏYLƏR