Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2022 03:22
Tviter hesabında sahibsiz itlərin öldürülməli olduğunu deyən türkiyəli müğənni Yıldız Tilbenin Kiprdə gerçəkləşməsi planlaşdırılan konserti ləğv edilib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, konsertin baş tutacağı hoteldən verilən açıqlamada deyilir:
"Y.Tilbenin adı heyvanlarla bağlı utancverici açıqlamasına görə qeyri-müəyyən müddətə bütün hotel və obyektlərimizdə baş tutmalı olan konsertlərin siyahısından çıxarılıb".
Qeyd edək ki, ifaçı sosial media hesabında "Sahibsiz itlərin olduğu ərazidə yaşayan insanlar onlara zəhərli ət versin ki, hamısı ölsün. İnsanları parçalamaq nədir?" sözlərini yazıb. İstanbul Barosu Heyvan Hüquqları Mərkəzi onun barəsində cinayət işi açıldığını bildirib.