Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2022 08:24
NATO-nun növbəti sammiti Ukraynaya sülhməramlı missiyanın göndərilməsi məsələsinə baxmağa hazırdır.
Bunu Polşanın baş naziri Mateuş Moravetski deyib.
"Bu təklif (Ukraynaya NATO sülhməramlı missiyasının göndərilməsi - red.) çox vacib idi. Ukrayna suveren dövlətdir və istənilən insanları öz ərazisinə dəvət etmək hüququna malikdir. Belə bir sülhməramlı missiya, şübhəsiz ki, Ukraynanın əksər hissəsinə sülh gətirəcək", - deyə baş nazir bildirib.
NATO-nun sülhməramlı missiyası təklifinin kiminlə müzakirə edildiyi sualına M.Moravetski "əvvəla, biz bunu ən yaxın müttəfiqlərimizlə müzakirə etmişik və NATO-nun növbəti sammitində bu təklif təqdim olunacaq" deyə cavab verib.