Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qalatasaray'' ''Barselona'' ilə cavab oyununa çıxır

''Qalatasaray'' ''Barselona'' ilə cavab oyununa çıxır

Tarix: 17 Mart 2022 08:38

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinə yekun vurulacaq.

Milli.Az "Report"a istinadən bildirir ki, cavab mərhələsinin bütün oyunları eyni gündə gerçəkləşəcək.

Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" İspaniya "Barselona"sını qəbul edəcək. Kataloniyadakı ilk görüşdə qapılara qol vurulmayıb.

Turnirin 6 qat qalibi İspaniya "Sevilya"sı İngiltərədə "Vest Hem"in qonağı olacaq. Əndəlusiya təmsilçisi ilk matçda rəqibinə 1:0 hesabı ilə qalib gəlib.

Avropa Liqası, 1/8 final mərhələsi

cavab oyunları

17 mart

21:45. "Qalatasaray" (Türkiyə) - "Barselona" (İspaniya)

İlk oyun - 0:0.

21:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Atalanta" (İtaliya)

İlk oyun - 2:3.

21:45. "Monako" (Fransa) - "Braqa" (Portuqaliya)

İlk oyun - 0:2.

21:45. "Srvena Zvezda" (Serbiya) - "Reyncers" (Şotlandiya)

İlk oyun - 0:3.

00:00. "Vest Hem" (İngiltərə) - "Sevilya" (İspaniya)

İlk oyun - 0:1.

00:00. "Ayntraxt" (Almaniya) - "Betis" (İspaniya)

İlk oyun - 2:1.

00:00. Lion (Fransa) - "Portu" (Portuqaliya)

İlk oyun - 1:0.

Qeyd edək ki, ümumilikdə bu mərhələdə 8 oyundan 7-si baş tutacaq. Moskva "Spartak"ı Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Avropa Liqasından kənarlaşdırıldığı üçün Almaniya "Leyptsiq"i 1/4 finala birbaşa vəsiqə qazanıb.

Milli.Az


Etiketlər:  Qalatasaray Barselona ilə cavab oyununa çıxır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ