Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanınmış aktyorlar Azərbaycanda

Tanınmış aktyorlar Azərbaycanda

Tarix: 17 Mart 2022 11:00

Xəbər verdiyimiz kimi, Türkiyənin tanınmış aktrisası Farah Zeynep Abdullah Bakıya gəlib. 

Milli.Az olay-a istinadən xəbər verir ki, o, rol aldığı "Bergen" filminin qalasında iştirak edib.

Məşhur sənətçi həmçinin, jurnalistlərin suallarını da cavablandırıb. Geyim tərzi ilə bağlı danışan Farah filmin Türkiyə qalasındakı bəyənilməyən stilindən söz açıb:

"O zaman da özüm bəyənərək geyinmişdim, indi də. Kiminsə zövqünə görə geyinmirəm".

Bergeni canlandırmağın çox fərqli bir hiss olduğunu söyləyən Farah filmdən və hekayəsindən çox təsirləndiyini deyib.

Onunla bərabər layihənin digər aktyorları Erdal Beşikçioğlu, Nergis Öztürk, Ahmet Kayakesen və Ali Seçkiner Alıcı da gecədə olub.

Zalda izləyiciləri salamlayan sənətçilərdən Ali Seçkinerin çıxışı xüsusilə diqqət çəkib. Aktyor  mərhum Xalq yazıçısı Rüstəm İbrahimbəyovun xatirəsini yad edib. O, Azərbaycan dilində bir neçə söz öyrəndiyini bildirərək bunları söyləyib: 

"Mən bir az hazırlaşdım. Axşamın xeyir, can Azərbaycan. Eyni zamanda bizim yazarımızın sizə çatdırmağımı istədiyi mesaj var. Bir neçə gün əvvəl dəyərli yazıçılarınızdan biri Rüstəm İbrahimbəyov vəfat edib. Allah rəhmət etsin. Torpağı bol olsun".

Qeyd edək ki, film sevgilisi tərəfindən üzü yandırılan, daha sonra öldürülən türkiyəli müğənni Bergenin həyatından bəhs edir.

Milli.Az


Etiketlər:  Tanınmış aktyorlar Azərbaycanda


RƏYLƏR