Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2022 10:54
Azərbaycanda işçilərin distant, yəni evdən işləməsi imkanı qanunvericiliyə daxil ediləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu barədə layihə hazırlayır. Layihəyə əsasən,işin məsafədən, məsələn evdə, mehmanxanada yerinə yetirilməsi əmək məcəlləsinə daxil ediləcək. Məcəlləyə həmçinin "distant", yəni məsafədən iş" anlayışının daxil edilməsidə nəzərdə tutulub.
Vətəndaşların əmək hüquqlarının müdafiə liqasının rəhbəri Sahib Məmmədov deyir ki,layihə hazırlanarkən əvvəlcə kimlərin məsafədən işləyə biləcəyinə dair siyahı təsdiqlənməlidir. Eyni zamanda hansı işlərin distant həyata keçiriləcəyi müəyyənləşməlidir.
Onun fikrincə layihədə işçilərin sığorta haqlarından tutmuş məzuniyyət hüquqlarına qədər bütün məsələlər əksini tapmalıdır.
Sahib Məmmədovun bildirir ki,dəyişiklər edilərkən beynəlxalq təcrübə də araşdırılmalıdır.
Ancaq bu dəyişikliklər cəmiyyətdə necə qarşılanacaq, hələlik bəlli deyil.
Qeyd edək ki, layihə təkmilləşdirilərkən "distant iş" anlayışında "teleiş" forması da nəzərə alınacaq.