Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2022 15:26
Artıq Novruz bayramına sayılı günlər qalıb. İnsanlar yazın gəlişini milli adət-ənənələrimizə uyğun bol süfrə arxasında qeyd etmək üçün bayram hazırlıqlarına, bazarlığa başlayıb.
Hər kəs çalışır ki, bayram süfrəsi bol olsun. Novruz ənənələrinə uyğun süfrədə çərəzlər, bayramın atribunu sayılan şəkərbura, paxlava, qoğal, meyvələr, süfrənin bəzəyi olan plovun olması vacibdir.
Bəs görəsən bol süfrə açmaq arzusunda olan bir ailənin bayram bazarlığı neçəyə başa gəlir? Bayramı ürəyincə və bol süfrə arxasında qeyd etmək üçün insanlar nə qədər xərc çəkməlidirlər?
Əməkdaşımız paytaxt sakinləri arasında keçirdiyi sorğu zamanı maraqlı cavablar alıb.