Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avroparlament rusiyalı diplomatları qovdu

Avroparlament rusiyalı diplomatları qovdu

Tarix: 18 Mart 2022 15:54

Avropa Parlamentinin qərarı ilə, qurumun Brüssel və Strasburq şəhərlərindəki binalarına rusiyalı və belarus diplomatlarla dövlət qulluqçularının girişi qadağan edildi.

Milli.Az bildirir ki, bu barədə Avropa Parlamentinin prezidenti Roberta Metsola Twitter-dəki akkauntunda yazıb.

"Bu gündən etibarən Rusiya və Belarusun diplomatları ilə dövlət qulluqçularına Avropa Parlamentinin binalarına giriş yasaqlandı. Demokratiya Evində (Avropa Parlamenti, - red.) demokratik dünya düzənini dağıdanlara yer yoxdur", - Metsola vurğulayıb.

Sözügedən qərar rusiyalı diplomatların Avropa Parlamentindən ümumiyyətlə, qovulması deməkdir.

Milli.Az


Etiketlər:  Avroparlament rusiyalı diplomatları qovdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ