Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2022 22:38
Rusiyanın səhiyyə naziri Mixail Muraşkonun fikrincə, "omikron" ştamının mutasiyası tezliklə Rusiyada və dünyada dominant ola bilər.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu, onun patogenliyinin yüksək səviyyədə olması ilə bağlıdır.
BA.2 variantı qeyri-rəsmi olaraq "stels-omikron" adlandırılır, çünki o, "omikron" ştamı ilə müqayisədə xəstələrin immun sistemindən gizlənməyi daha çox bacarır. Xəstəlikdən sonra yaranan anticisimlər COVID-19-un bu variantı qarşısında acizdir, buna görə xəstələr yenidən yoluxur. Həmçinin peyvənddən sonra əldə edilən "immunitet yaddaşı" daha az kömək edir. Təkamül nöqteyi-nəzərindən virus immunitetin təsirindən yayınmağa meyilli olduğundan, bir çox ekspertlər hesab edirlər ki, "omikron" birinciliyi "stels-omikron"a verəcək.
Bunu bir sıra ölkələrdə, o cümlədən Almaniyada epidemioloji vəziyyətlə qiymətləndirmək olar, burada yüksək sayda yoluxma halları yenidən qeyd olunur. Çində bir çox şəhərlərdə yoluxma hallarının artımı qeydə alınıb, lakin bu ölkənin səlahiyyətliləri yenə inanılmaz bir şəkildə, demək olar ki, bir neçə gün ərzində vəziyyəti sabitləşdirə bildilər - orada yoluxma halları sürətlə azalır. Böyük Britaniyada isə uzun müddət davam edən azalmadan sonra gündəlik yoluxma hallarının sayı yenidən artıb və gündə 100 mini keçir.