Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2022 13:38
Bir neçə gün öncə Bakıda canlandırdığı "Bergen" filminin təqdimatında iştirak edən türkiyəli aktrisa Farah Zeynep Abdullah ölkəmizdən paylaşım edə bilmədiyi üçün şikayətlənib.
Sonxeber.net teleqraf.com-a istinadən xəbər verir ki, aktrisa İnsaqramda hekayə bölümündə bu sözləri yazıb:
"Vodafone" sağ olsun, Azərbaycanla müqaviləsi olmadığı üçün sosial mediadan uzaq qaldım. 20 MB 35 lirə, 50 MB isə 80 lirə imiş. İnternetdən istifadə etmədim. Nə isə... Paylaşım etmək üçün gözəl fotolar çoxdur".
Aktrisa daha sonra azərbaycanlı müğənni Hisslə görüntülərini paylaşıb.
Sözügedən fotonu təqdim edirik: