Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirusa yoluxanların beynində kiçilmə baş verir - Elmi araşdırma

Koronavirusa yoluxanların beynində kiçilmə baş verir - Elmi araşdırma

Tarix: 20 Mart 2022 20:51

Yeni elmi araşdırmada COVID-19 virusuna yoluxan insanların xəstəlikdən əvvəl və sonra beyinlərinin vəziyyəti MRT (maqnit -rezonans müayinə) vasitəsilə müqayisə edilib.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, alimlər virusa yoluxub sağalmış insanların beyin ölçüsünün 0,2 - 2% arasında kiçildiyini, xüsusən beynin iybilmə və yaddaşa cavabdeh olan boz maddəsində də azalma müşahidə ediblər.

Bununla da kovidin beyinə ciddi təsiri bir daha sübut olunub.

Qeyd edək ki, xəstənin yaşı nə qədər çoxdursa, beyindəki bu dəyişikliklər bir o qədər çox və daimidir.

Milli.Az


Etiketlər:  Koronavirusa yoluxanların beynində kiçilmə baş verir Elmi araşdırma


RƏYLƏR