Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2019 12:44
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Sevilya”nı çətin matçlar gözləyir.
Qol.az-ın xəbərinə görə, İspaniyanın besoccer.com saytı yazıb ki, Xual Lopeteginin komandası 3 həftə ərzində 7 görüşə (5-i La Liqa, 2-si Avropa Liqası) çıxmalıdır.
“La Liqadakı uğurlu başlanğıcdan (3 oyuna 7 xal – red.) sonra komanda əvvəlcə “Deportivo”, sonra “Qarabağ”la səfər matçına getməlidir. Sonra “Real” Madrid qəbul olunacaq. Bu matça hazırlığa isə lazımi vaxt olmayacaq. Növbəti matçlar “Eybar”, “Real Sosyedad”, APOEL (Avroliqada), daha sonra “Barselona”ya qarşı olacaq” – deyə yazıda bildirilir.