Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna Müdafiə Nazirliyi müharibə ilə bağlı son vəziyyəti açıqladı

Ukrayna Müdafiə Nazirliyi müharibə ilə bağlı son vəziyyəti açıqladı

Tarix: 21 Mart 2022 11:02

"Ukrayna ordusunun Hava Hücumundan Müdafiə Qüvvələri son sutkada Rusiyanın 7 hava hədəfini - 1 qırıcısını, 4 PUA-sını və 2 qanadlı raketini məhv edib".

Məlumatı Ukrayna Müdafiə Nazirliyi feysbuk səhifəsində yayıb.

"Ukrayna ordusunun bombardmançı və hücum aviasiyası düşmənin texnikası və canlı qüvvələrinə dağıdıcı zərbə endirib. Təcavüzkar müvəqqəti işğal altında olan ərazilərdə yerli əhaliyə qarşı terror və talanları davam etdirir. Onlar məişət və avtomobil texnikalarını, ərzaq və başqa malları Rusiyaya daşıyırlar. Təcavüzkar müvəqqəti işğal olunmuş Donetsk və Luqansk vilayətlərində məcburi səfərbərlik tədbirlərini həyata keçirməkdə davam edir. Ukrayna Silahlı Qüvvələri müdafiə qüvvələrinin digər komponentləri ilə əməkdaşlıq edərək bütün istiqamətlərdə işğalçıya layiqli cavab verir. Düşmənin təchizat karvanlarının dağıdılması da davam edir", - nazirlikdən vurğulanıb.

Milli.Az


Etiketlər:  Ukrayna Müdafiə Nazirliyi müharibə ilə bağlı son vəziyyəti açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ