Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2022 11:26
Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi əməliyyatı ilə əlaqədar olaraq avtomobil və motosiklet sürücülərinə videoregistratorlardan istifadə etmək qadağan edilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə daxili işlər nazirinin müşaviri Anton Geraşenko "Telegram"da məlumat verib.
"Qadağa ümumi istifadədə olan avtomobil yollarının, ümumi obyektlərin, infrastruktur obyektlərinin, nəzarət-buraxılış məntəqələrinin, istehkamların, müdafiə qüvvələrinin hərbi hissələrinin (bölmələrinin) yerləşməsi, cəmləşməsi və ya yerdəyişməsi ilə bağlı foto və video çəkilişlərə aiddir", - deyə o bildirib.
Geraşenkonun sözlərinə görə, qadağa ölkənin bütün regionlarında keçərlidir.