Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada şəkər tozu növbəsi - VİDEO

Rusiyada şəkər tozu növbəsi - VİDEO

Tarix: 21 Mart 2022 12:06

Rusiyanın Saratov şəhərində şəkər qıtlığı yaşanır.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı videolar bir neçə gündür ki, sosial şəbəkələrin Rusiyanın seqmentində yayılır.

Videolardan görünür ki, yüzlərlə sakin şəhər meydanına toplaşaraq növbə ilə yük maşınlarından şəkər almağa çalışır.

"Kommersant" yazır ki, ölkə ərazisində şəkər tozunun qiyməti kəskin artıb. Bəzi yerlərdə 70 rubla satılan bu məhsul digər satış nöqtələrində 100-120 rubla təklif edilir. Qeyd edilir ki, vətəndaşlara 2 kiloqramdan çox şəkər almaq qadağan edilib.

Xatırladaq ki, Ukraynaya hücumundan sonra bir çox ölkə Rusiyaya qarşı sanksiyalar tətbiq edir. Bir çox məhsulun qıtlığı da məhz iqtisadi vəziyyətin nəticəsi və əhalinin müharibə şəraitindən qorxaraq ərzaq depolaması ilə izah edilir.


Etiketlər:  Rusiyada şəkər tozu növbəsi VİDEO


RƏYLƏR