Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əmək müqaviləsinə xitam verildikdə ödəniləcək müavinətdən gəlir vergisi hesablanırmı?

Əmək müqaviləsinə xitam verildikdə ödəniləcək müavinətdən gəlir vergisi hesablanırmı?

Tarix: 21 Mart 2022 23:10

Müəssisə ləğv edildiyi üçün işçilərin əmək müqaviləsinə xitam verilən zaman işçilərə ödəniləcək müavinətdən gəlir vergisi hesablanırmı?

Dövlət Vergi Xidmətindən Sonxeber.net-ın sualına cavab olaraq bildirilib ki, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyi, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verdikdə işçilərə Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar gəlir vergisindən azaddır.

Bundan başqa, Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlara da gəlir vergisi hesablanmır.


Etiketlər:  Əmək müqaviləsinə xitam verildikdə ödəniləcək müavinətdən gəlir vergisi hesablanırmı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ