Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şeyx Əbdülü hansı meyxanaçı ölümlə hədələyib? - VİDEO

Şeyx Əbdülü hansı meyxanaçı ölümlə hədələyib? - VİDEO

Tarix: 22 Mart 2022 12:45

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı Xalq artisti Əbdül Mahmudov olub.

Xalq artisti təhdidlər almasından danışıb:

"2008-2009-cu illərdə Baba Vəziroğlu və Elçin Əlibəyli ilə məsləhətləşdik ki, yarışma keçirdək. Sonrakı mərhələlərdə bu iş çox böyük mübahisələrə səbəb oldu. Meyxana sahəsində çalışan cavan dostlarımız çox dirəniş göstərdi. Böyük davalar, cığallıqlar olurdu. Hətta bu işə Nizami Cəfərov və digər alimlərimiz müdaxilə etdi. Dünyada heç bir xalqa verilməyən bədiyyə kimi folklor mədəniyyətimiz var. Bədahətən sözünə çox dirəniş göstərdilər. Mən onda müraciət etdim ki, əvvəla bu bizim qədim mədəniyyətimizdir. Kim sizə deyir ki, buna meyxana, bədiyyə deməyin? Naxçıvan zonasında "meydangil", Şirvan zonasında "sinədəftər" deyirlər. Soykök xalqdır, xalqın bədahətən yaratdığı folklor sənətidir. Sən meyxana, bədiyyə, meydangil və ya sinədəftər deyirsənsə əccəb edirsən. Fakt odur ki, bu xalqın dünya xalqlarında olmayan folklor mədəniyyəti var. Gəlin bunu biz şəxsi maraqlara görə bölüb qarşıdurma yaratmayaq. Bunun elmi əsası bədahətən deyilən folklor sənətidir. Konkret ad çəkməyə ehtiyac yoxdur. Sonradan ünvanıma meyxananı meyxanəyə çevirən məclislərdə bir-birinin ünvavına nalayiq sözlər deyən, qafiyə tutub təhqir edənlərdən təhdidlər gəldi. Məsələ sonradan səngiyib, yoluna düşdü. Əsas məsələ odur ki, bu işi peşəkar səviyyədə, mədəni və əxlaqi dəyərləri gözləməklə təbliğ etmək lazım idi".

Milli.Az


Etiketlər:  Şeyx Əbdülü hansı meyxanaçı ölümlə hədələyib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ