Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2022 15:45
Ən sevdiyim bayramdır Novruz. Hər şey bir kənara, amma bayramın məğzi gözəldir. Ənənəsi var, tarixi var. Fəlsəfəsi var! Yoxsa ki, 8 Mart, ya da 14 fevral. Subyektiv də olsa, deyəcəyəm, ilboyu zorakılığa məruz qalan qadının yalnız bir gün bütləşdirilməsi gülüncdür.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Leyla Quliyeva instaqramda yazıb.
Qadınların zorakılığa məruz qalmasından narahatlığını dilə gətirən aparıcı sözlərinə belə davam edib:
"Ya da ki, əziz xanımına (anasına, bacısına, qızına) hədiyyə almaq istəyən adam təqvim güdməz. "Sevgililər günü" - lap beşbetər. Adını biznes, marketinq, nə istəyirsiniz qoyaq, amma bayram deməyək. Kiməsə sevginizi bildirmək istəyirsinizsə, elə indi, gecikmədən edin. Hədiyyə almaq istəyirsinizsə, alın! Tarix, təqvim, məcburiyyət olmadan! Təki könlünüz xoş olsun! Sizin də, əzizlərinizin də!"