Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyalılar çayda pusquya salındı: 19 ölü, 46 yaralı - FOTO

Rusiyalılar çayda pusquya salındı: 19 ölü, 46 yaralı - FOTO

Tarix: 22 Mart 2022 16:32

Rusiya Silahlı Qüvvələrinin Qərb Hərbi Dairəsinin Mühafizə Tank Ordusunun mühəndis qoşunlarının rəisi, polkovnik Nikolay Ovçarenko İzyum rayonu Severski kəndi ərazisindən keçən Şimali Donets çayı üzərində ponton-körpü tikən qoşun qrupuyla birlikdə öldürülüb.

Milli.Az bildirir ki, Ukraynanın daxili işlər nazirinin müavini Vadim Denisenko bu barədə "Rada" telekanalının efirində məlumat verib.

N.Ovçarenko ilə birlikdə Rusiya Müdafiə Nazirliyinin Qərb Hərbi Dairəsinin 45-ci əlahiddə mühəndis-istehkam briqadasının )11361 h/h) 18 hərbçisi həlak olub, 46 nəfər yaralanıb.

N.Ovçarenko Qərb Dairəsinin şəxsi heyəti arasında peşəkarlığı ilə ad çıxarmış zabit idi.

Milli.Az


Etiketlər:  Rusiyalılar çayda pusquya salındı 19 ölü 46 yaralı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ