Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Mart 2022 22:02
Bakıda şirkət direktoru müştərinin ona 200 min manat "atdığını" iddia edib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bununla bağlı "Dashyunu" MMC-nin direktoru, 31 yaşlı Tural Allahverdiyev polisə müraciət edərək ərizə yazıb.
O bildirib ki, 2021-ci il may ayında Mingəçevir sakini, 1976-cı il təvəllüdlü Zaur Mirzəyev onu aldadaraq 200 min manatlıq sement alıb.
Direktor iddia edib ki, Z.Mirzəyev hələ də sementlərin dəyərini ona ödəməyib. Araşdırma aparılır.