Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İnsan həyatını uzadan çox qədim resept

İnsan həyatını uzadan çox qədim resept

Tarix: 22 Mart 2022 23:03

Bu resept 1971-ci ildə Tbilisi monastırında tapılmlşdır. Əlyazma b.e.ə. V əsrdə yazılıb. Əlyazma dünyanın bütün dillərinə tərcümə edilib və paylaşılıb.

Reseptdə aşağıdakılar qeyd edilib:
- 100 qram çobanyastığı
- 100 qram dəvədabanı
- 100 qram solmazçiçək
- 100 qram ağcaqayın toxumu
Məhsullar qəhvəüyüdəndə üyüdülür, şirli qaba tökülür. Hər axşam 1 xörək qaşığı qarışıma yarım litr qaynar su əlavə edilir, 12 dəqiqə ərzində dəmlənir. Dəmləmə tənzifdən süzülür və 1 stəkana 1 çay qaşığı bal əlavə edilib içilir. Dəmləməni içdikdən sonra heç bir qida qəbul edilməməlidir.
Səhər bankada qalan 1 stəkan suya yenidən 1 çay qaşığı bal əlavə edilir və acqarına içilir. Müalicə qarışım qurtarana kimi davam etdirilir. Müalicə 5 ildən bir təkrarlanır.

Milli.Az


Etiketlər:  İnsan həyatını uzadan çox qədim resept


RƏYLƏR