Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Atamın Ukraynadakı şiddəti haqlı görməsi ürəyimi parçalayır'' - Maşkovun qızı

''Atamın Ukraynadakı şiddəti haqlı görməsi ürəyimi parçalayır'' - Maşkovun qızı

Tarix: 23 Mart 2022 12:10

Rusiyalı aktyor, rejissor Vladimir Maşkovun qızı, aktrisa Mariya Maşkova "CNN" telekanalına müsahibəsində Ukraynadakı vəziyyətdən danışıb.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, o, açıqlamasında Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatları atasından fərqli olaraq dəstəkləmədiyini və müharibəyə qarşı olduğunu bildirib:

"Hazırda baş verənləri təsəvvür etmək mümkün deyil. Bir çox rusların, o cümlədən atamın bu şiddəti nədənsə haqlı görməsi ürəyimi parçalayır. Ancaq bunu Ukrayna sakinlərinin indi yaşadıqları, həyatlarını itirməsi ilə müqayisə etmək olmaz".

Mariya bu yaxınlarda atası ilə danışdığını və ondan Amerikadan geri, Rusiyaya qayıtmasını istədiyini etiraf edib:

"Məndən qızlarımla birlikdə yaxşı bir rusiyalı qadın olmaq üçün dərhal ölkəyə qayıtmağımı, xəyanətə görə üzr istəməyimi və Ukrayna nasizminə qarşı mübarizədə rus xalqı ilə birlikdə olmağımı xahiş edib".

Qeyd edək ki, bundan əvvəl V.Maşkov Donetsk və Luqansk Xalq Respublikalarının müstəqilliyinin tanınmasını, eləcə də Rusiyanın Ukraynada hərbi əməliyyat keçirməsinə dair qərarını dəstəkləyini açıqlayıb.


Etiketlər:  Atamın Ukraynadakı şiddəti haqlı görməsi ürəyimi parçalayır Maşkovun qızı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ