Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2022 16:55
Türkiyəli aktrisa Pelin Batula həyat yoldaşı Macit Bitargil boşanmaq qərarı alıb.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, aktrisa eyni zamanda mətbuatda barəsində çıxan xəbərləri də təkzib edib. O, həyat yoldaşı tərəfindən şiddətə məruz qaldığı bağlı çıxan xəbərləri şayiə adlandırıb:
"Boşanmaq mərhələsində olduğumuz doğrudur. Lakin mətbuatda haqqımızda çıxan xəbərlər, zorakılıq doğru deyil. Mövzu təhrif edilir və şişirdilir. Əvvəla olaraq, 3 yaş yarımlıq oğlumuz var. İstəmirəm ki, o, gələcəkdə bu xəbərlərdən təsirlənsin".
Qeyd edək ki, Pelinlə Macit 4 il əvvəl ailə həyatı qurub. Ürək-damar cərrahı olan Macitin Pelinə psixoloji şiddət göstərdiyi üçün 2 ay müddətinə uzaqlaşdırma qərarı alındığı deyilirdi.