Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Moskva-İstanbul təyyarəsində həyəcanlı anlar - Qırıcılar havaya qalxdı

Moskva-İstanbul təyyarəsində həyəcanlı anlar - Qırıcılar havaya qalxdı

Tarix: 23 Mart 2022 17:44

Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr bomba xəbərdarlığı səbəbilə Moskvadan İstanbula uçan "Turkish Airlines" aviaşirkətinə məxsus təyyarəni müşayiət edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Rumıniyanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr martın 22-də "Turkish Airlines" aviaşirkətinə məxsus Moskva-İstanbul reysini həyata keçirən mülki təyyarəyə bomba qoyulması barədə xəbərdarlıq aldıqdan sonra, mülki təyyarəni tutmaq və müşayiət etmək üçün ölkənin hava məkanında yeni bir missiya həyata keçiriblər", - deyə məlumatda bildirilir.

Müdafiə Nazirliyi qeyd edib ki, qırıcılar saat 17:58-də (Bakı vaxtı ilə 19:58) havaya qalxıb və mülki təyyarəni 18:24-dək (Bakı vaxtı ilə 20:24) ölkənin hava məkanını tərk edənə qədər müşayiət ediblər.

Milli.Az


Etiketlər:  Moskva İstanbul təyyarəsində həyəcanlı anlar Qırıcılar havaya qalxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ