Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynadakı müharibə dəyişir: Rusiya gəmiləri hədəfdə

Ukraynadakı müharibə dəyişir: Rusiya gəmiləri hədəfdə

Tarix: 24 Mart 2022 19:26

"ABŞ və müttəfiqləri Ukraynaya gəmi əleyhinə raketlər verməklə bağlı müzakirələr aparırlar".

ABŞ administrasiyasının yusək çinli məmuru NATO-nun Brüsseldə keçirilən sammitində deyib.

"Bununla bağlı müəyyən problemlər yarana bilər, lakin müttəfiqlərlə məsləhətləşmələr aparırıq. Artıq işə başlamışıq".

Milli.Az Reuters-ə istinadən bildirir ki, Ağ Ev administrasiyasının mənsubu Ukraynaya konkret olaraq hansı raketlərin veriləcəyini açıqlamasa da, həmin raketlər Norveç istehsalı olan "Naval Strike Missile" (NSM) və ABŞ istehsalı olan "AGM-158C LRASM"dır.

Üstünlük NSM-ə verilir.

Norveçdəki "Kongsberg" şirkətlər qrupunun istehsalı olan NSM qurğusu "Oshkosh 10×10 PLS " ağır avtomobilin şassisində quraşdırılmış 4 konteynerli sahil buraxılış konteynerindən ibarətdir.

NSM raketli komplekslər artıq Polşa Hərbi-Dəniz Qüvvələrinə verilib.

NSM raketi 116 kilometr uçuş məsafəsinə malikdir.

Sözügedən raketlər Kiyevə verilərsə, Rusiya qoşunlarının işğal etdikləri Berdyansk limanındakı gəmilər ukraynalıların asan hədəfinə çevriləcək.

Bundan başqa, Rusiya Hərbi-Dəniz Qüvvələrinin Qara dənizdəki gəmiləri də sahilə 110 kilometrdən az məsafəyə yaxınlaşarsa, vurula biləcəklər.

Beləcə, Ukraynadakı müharibənin gedişatı və konturları da dəyişir.

Milli.Az


Etiketlər:  Ukraynadakı müharibə dəyişir Rusiya gəmiləri hədəfdə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ