Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Malta millisində itki

Malta millisində itki

Tarix: 24 Mart 2022 20:14

Malta millisi Azərbaycanla oyuna itki ilə çıxacaq.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bunu baş məşqçi Devis Manqia açıqlayıb.

O, bu gün keçirilən mətbuat konfransında heyət barədə məlumat verib. Mütəxəssir Keyn Attardın xidmətindən məhrum olduqlarını qeyd edib: "Açığı, çempionatın 20-dən artıq turu keçdiyi üçün futbolçuların daha yaxşı fiziki durumda olacağını gözləyirdim. Amma legioner həyatı yaşayanlar onlardan daha üstün vəziyyətdədir. Keyn Attard zədələnib. O, həm Azərbaycan, həm Küveytlə matçı buraxacaq. Yığma karyerasını başa vuracaq Andrey Agiusa gəlincə, onun millidə və ölkə futbolundakı xidmətləri yalnız alqışa layiqdir".

Qeyd edək ki, Malta sabah Azərbaycan, martın 29-da Küveytlə qarşılaşacaq.

Milli.Az


Etiketlər:  Malta millisində itki


RƏYLƏR