Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2022 11:27
"Ermənilərin informasiya təxribatı davam edir".
Bu barədə Sonxeber.net-a Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində guya PUA-ların istifadə edilməsi ilə silahlı toqquşmanın baş verməsi və nəticədə hərbi qulluqçularımızın həlak olması barədə Ermənistan tərəfinin yaydığı təxribat xarakterli xəbərlər yalandır.
"Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri güc tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir. Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir", - məlumatda deyilir.