Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bir gecədə Xarkova "Qrad" və "Uraqan"lardan 54 zərbə endirilib

Bir gecədə Xarkova

Tarix: 25 Mart 2022 15:50

Xarkovda ötən gecə 54 atəş qeydə alınıb.

Milli.Az UNİAN-a istinadən bildirir ki, bu barədə Xarkov vilayət hərbi idarəsinin sədri Oleq Sinegubov milli telemarafonun efirində bildirib.

Onun sözlərinə görə, martın 24-də humanitar yardımın paylanması məntəqəsinin atəşə tutulmasından sonra 6 nəfər həlak olub, 17-dən çox insan yaralanıb.

Gecə hava limanındakı terminal, səhər isə "Metro" supermarketi atəşə tutulub.

Rusiya "Qrad" və "Uraqan" raket sistemlərindən istifadə edib, axşam saatlarında Xarkovun tarixi mərkəzinə "Kalibr"dən zərbə endirilib. 

Bölgədəki vəziyyətə gəlincə, Sinequbov İzyum yaxınlığında döyüşlərin getdiyini, burada düşmənin xeyli itki verdiyini, Ukrayna qüvvələri tərəfindən Rusiyanın 2 təyyarəsinin vurulduğunu qeyd edib.

"Silahlı qüvvələrimiz Xarkovun müdafiəsini saxlayır, bəzi ərazilərdə əks-hücuma keçir və düşməni geriyə atır", - Sinegubov bildirib.

O, həmçinin öz helikopterlərindən düşmənin itkiləri barədə məlumatı təsdiqləyib.

"Dünən Rusiya ordusunda gülməli hadisə baş verib ki, onların öz helikopterləri özlərinin mövqelərini atəşə tutub, xeyli canlı qüvvə və hərbi texnika məhv edilib.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Bir gecədə Xarkova Qrad Uraqanlardan 54 zərbə endirilib


RƏYLƏR