Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Biləsuvarın mərkəzi yolları bərbad vəziyyətə salınıb - VİDEO

Biləsuvarın mərkəzi yolları bərbad vəziyyətə salınıb - VİDEO

Tarix: 25 Mart 2022 17:08

Biləsuvar şəhərinin mərkəzi küçələri sürücüləri təngə gətirib.

Milli.Az xezerxeber.az-a istinadən xəbər verir ki, yollarda olan çalalar, on metrdən bir qazılmış xəndəklər avomobillərin hərəkətinə mane olur.

Sürücülərin sözlərinə görə, kanalizasiya sistemini yeniləmək məqsədilə yollar qazılıb. İşlər bir neçə ay əvvəl başa çatsa da, yollar asfaltlanmayıb.

Şəhərin Nizami Gəncəvi və Mübariz İbrahimov küçələrində də vəziyyət eynidir. İnsanlar deyirlər ki, uzun müddətdir yararsız vəziyyətə düşmüş yollarda istifadə etmək məcburiyyətindədirlər.

''Azərsu'' ASC-nin mətbuat katibi Anar Cəbrayıllı vəd edib ki, yağmurlu hava şəraiti  başa çatan kimi yolların asfaltlanmasına start veriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Biləsuvarın mərkəzi yolları bərbad vəziyyətə salınıb VİDEO


RƏYLƏR