Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2022 21:14
Finlandiyanın VR Milli Dəmiryolu Şirkəti Sankt-Peterburq-Helsinki xəttində sərnişin daşınmasını dayandıracağını elan edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, sonuncu qatar bazar günü Sankt-Peterburqdan yola düşəcək.
Qatara yalnız Finlandiya və Rusiya vətəndaşlarının minməsinə icazə verilir. Sanksiyalara rəğmən qatar xəttinin açıq olmasına səbəb hər 2 ölkə vətəndaşlarının vətənə qayıtmasını təmin etmək idi.
Finlandiya hökumətindəki mənbə bildirib ki, artıq xəttin istismarı rentabelli olmadığı üçün reyslər qeyri-müəyyən vaxtadək dayandırılır.